Yanvar-iyunda birja valyuta dövriyyəsi dörddə bir azalib
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində hərrac həcmi 2012-ci ilin iyununda $101,440 mln və ya 79,667 mln manat olub.
Bu, ötən ayla müqayisədə 4,4%, 2011-ci ilin iyunu ilə müqayisədə də 10,9% çoxdur.
Hesabat dövründə hərracların birja elektron sistemində hər bir əqdin orta həcmi USD/AZN üzrə $2,305 mln, orta günlük dövriyyə $5,339 mln olub.
2011-ci ilin iyununda BBVB valyuta bölməsinin hərraclarında 12 bank iştirak edib. Hesabat ayında BEST-də 38 hərrac sessiyası keçirilib və 44 əqd qeydiyyata alınıb.
Yarım ildə birja valyuta dövriyyəsi 384,54 mln manat ekvivalenti olub. Bu, ötən ilin eyni dövründəkindən 25% azdır.
Milli valyutanın birja məzənnəsi hesabat ayında 1 USD üçün 0,03% azalaraq 0,7848-dən 0,7850-ə düşüb. Manatın ABŞ dollarına nisbətdə orta ölçülmüş məzənnəsi 1 USD üçün 0,7854 AZN təşkil edib.
Mayda o, 0,7856 AZN idi. --15B--
-
- İqtisadiyyat
- 7 İyul 2012 13:55
-
- Cəmiyyət
- 7 İyul 2012 14:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz