Azərbaycanın ödəniş sisteminin dövriyyəsi 7 ayda 65 mlrd manata çatıb
Azərbaycanın kredit təşkilatları 2012-ci ilin iyulunda 9900 mln manatlıq 2826 min ödəniş tapşırığı həyata keçiriblər. Hesabat ayında ödəniş sayı 950 min, onların ümumi dövriyyəsi ötən ayla müqayisədə 267 mln manat artıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar-iyulda ödəniş sayı 5524 min və ya 58% artaraq 15035 min olub, onların həcmi isə 11557 mln manat və ya 21,5% artaraq 65281 mln manat təşkil edib.
Yanvar- iyulda ödəniş dövriyyəsinin strukturunda iri və müddətli ödənişlərin payı onların ümumi miqdarının 1,7%-i (263 min), ümumi həcminin 91,4%-i (59685 mln manat) qədər olub. Ödənişlərin bu kateqoriyasının orta həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,7% azalaraq 192,5 min manat, kiçik və pərakəndə ödənişlərin orta həcmi isə 24,2% azalaraq 375,5 manat olub.
1 avqust 2012-ci il üçün ödəniş sisteminin istifadəçiləri 54 təşkilat olub, onlardan 50-i iri və müddətli ödənişlər həyata keçirə bilib. --15B--
-
- İqtisadiyyat
- 12 Sentyabr 2012 16:00
-
- İqtisadiyyat
- 12 Sentyabr 2012 16:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz