Bu ilin doqquz ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi $26,5 mlrd. təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövründə olduğundan 7,7% azdır. Xarici tcarətdə müsbət saldo $11,8 mlrd. təşkil edib.
İlin əvvəlindən Azərbaycanın dünyanın 146 ölkəsi ilə ticarət əlaqəsi olub. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, Azərbaycandan əmtəə ixracınım həcmi 3,6% ($19,2 mlrd.) azalıb.
Xam neft ixracı 3,4% ($16,3 mlrd.), təbii qaz 57,2% (257 mln.) azalıb. Xarici aviaşirkərlərin laynerlərinin Azərbaycanda yanacaq doldurmasını nəzərə alaraq, neft məhsullarının ixracı $1 mlrd. 183 mln. təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 20,4% çoxdur.
Karbohidrogen xammalı və onun emal məhsulları ölkənin ixrac strukturunda 92,4% təşkil edib.
Meyvə və tərəvəz ixracında da müəyyən artım (+24%) qeydə alınıb. Bundan əlavə, plastmas və rezin məmulatlar (+31,5%), kimya sənayesi məmulatları (+26,3%), spirtli və spirtsiz içkilərin (+11,3%) ixracında artım var.
İdxal mallarının həcmi 17,1% azalaraq $7 mlrd. 362 mln. təşkil edib. İdxal strukturunda nəqliyyat vasitələi və onların ehtiyat hissələrinin tədarükü nəzərəçarpacaq dərəcədə azalıb. İllik hesablamada onların idxalı 48,4% azalıb ($637 mln.). Qara metal tədarükü $200 mln. ($773 mln.), meşə materialları $150 mln. ($107,8 млн.), ərzaq malları $110 mln. ($843 mln.) azalıb. 08D
Rəy yaz