İxracatın 93%-i karbohidrogenlərdir
Neft-qaz sektoru Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosunu təmin edib. Yanvar-oktyabrda o, $11 mlrd 833 mln 81,77 min (ötən ilin 1 noyabrı ilə müqayisədə +7,1%) təşkil edib.
Gömrük Komitəsinin məlumatına görə, xarici ticarət həcmi $26 mlrd 556 mln 794,81. min (mənfi 7,78%), ixrac həcmi $19 mlrd 194 mln 938,29 min (mənfi 3,65%), idxal $7 mlrd 361 mln 856,52 min (mənfi 17,06%) olub.
Neft (84,89%), neft məhsulları (6,17%) və qazın (1,34%) ixracatda payı 92,4%-dir. Bu isə şaxələnmənin zəif olduğunu göstərir. Meyvə-tərəvəz ixracatda 1,13%, şəkər1,01%, yağlar 0,84%, plastmass və məmulatları 0,68%, alüminium və məmulatları 0,37% paya malikdir.
İdxalda neft avadanlığı və ehtiyat hissələri - 27,95%, ərzaq - 11,45%, qara metal və məmulatları - 10,5% üstünlük təşkil edir. Nəqliyyat və ehtiyat hissələri 8,65%, tütün və məhsulları - 4,44%, plastmass və məmulatları 2,69%, əczaçılıq malları 2,59%, taxta-şalban 1,47%, sement - 1,31%, nəqliyyat vasitləri və ehtiyat hissələri, mebel 1,17% paya malikdir.
Xarici ticarət əməliyyatlarında 3 489 müəssisə, 2 177 fiziki şəxs iştirak edib.
Əsas idxalçılar İtaliya (22,78%), İndoneziya (10,14%), AFR (8,91%), İsrail (7,49%) və Fransadır (7,18%).
Əsas ixracatçılar RF (14,1%), Türkiyə (14,08%), Britaniya (11,35%), AFR (7,49%) və Çindir (7,19%). --17D—
-
- Cəmiyyət
- 17 Noyabr 2014 13:58
-
- İqtisadiyyat
- 17 Noyabr 2014 14:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz