Azərbaycanla İsrail arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişlənir
Avqustun 12-də kənd təsərrüfatı naziri İsmət Abbasov İsrail səfiri Rafael Xarpazı qəbul edib və kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
Kənd Təsərrüfatı Nazirliyindən Turan-a bildirilib ki, Azərbaycan və İsrail Kənd Təsərrüfatı nazirlikləri arasında əməkdaşlıq haqqında saziş layihəsi üzərində iş gedir.
Son illər İsraildən böyük sayda kənd təsərrüfatı avadanlığı alınıb. Belə ki, “Aqrolizinq” Dövlət Şirkəti İsraildən 4 ədəd suvarma sistemi alıb. Onlar ölkənin üç rayonunda quraşdırılıb. Şirkət İsrailin Netafim firmasından hər birinin sahəsi iki hektar olan istilik kompleksi alıb.
Azərbaycan tərəfi həmçinin müxtəlif ixtisaslaşdırılmış sahələrdə də fəal təcrübə mübadiləsində maraqlıdır. -02D-
-
- İqtisadiyyat
- 13 Avqust 2013 15:57
-
- İqtisadiyyat
- 13 Avqust 2013 16:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz