![Azərbaycanlı investorların Türkiyədə fəallığı azalıb](https://turan.az/resized/./turan-750-500-resize.webp)
Azərbaycanlı investorların Türkiyədə fəallığı azalıb
Bakı/21.09.17/Turan: Bu ilin səkkiz ayında Türkiyədə Azərbaycan kapitallı 85 şirkət yaradılıb. Ötən il Azərbaycan vətəndaşları bu ölkədə daha fəal olublar və 106 səhmdar şirkət və məhdud məsuliyyətli cəmiyyətə daxil olublar.
Türkiyə Palata və Birja Birliyinin məumatına görə, Azərbaycanın iştirakı ilə bu il yaradılan şirkətlərin ümumi kapitalı 14,4 mln. Türkiyə lirası edir. Bu, ötən ildə olduğundan təxminən 2 dəfə azdır. Həmin şirkətlərdə iştirak payının 95%-i Azərbaycan vətəndaşlarına məxsusdur. 08B
İqtisadiyyat
-
Rəqəmsal İnkişaf və Kommunikasiya Texnologiyaları Agentliyi (RİKT) internet provayderləri (İSP) və telekommunikasiya operatorları ilə görüş keçirərək, ölkədə internet sürətinin düzgün ölçülməsi və Azərbaycanın beynəlxalq genişzolaqlı internet reytinqlərində mövqeyinin yaxşılaşdırılması məsələlərini müzakirə edib.
-
Bolqarıstan Azərbaycanı enerji sektorunda əsas strateji tərəfdaşı hesab edir. Ölkə qaz tədarükünün şaxələndirilməsində və regional enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır, Bolqarıstanın yeni təyin olunmuş energetika naziri Jeço Stankov Azərbaycanın nümayəndə heyəti ilə görüşdə bildirib.
-
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 6 fevralda Crescent Petroleum şirkətinin baş direktoru Macid Cəfər ilə enerji sektorunda əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün görüş keçirib. Görüş hər iki şirkət arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addım olub və tərəflər öz fəaliyyətləri barədə fikir mübadiləsi apararaq qarşılıqlı maraq doğuran imkanları qiymətləndiriblər.
-
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 6 fevralda Sloveniyanın enerji şirkəti Petrol dd-nin İdarə Heyətinin sədri Sašo Berger və Geoplin doo-nun baş direktoru Simon Urbanc ilə görüşüb. Görüşdə Azərbaycan və Sloveniya arasında təbii qaz sektorunda əməkdaşlığın genişlənməsi vurğulanıb.
Rəy yaz