Azərbaycanın dini konfessiya liderləri Brüsselə gedəcəklər
Bakı/20.09.17/Turan: Azərbaycanın yeddi dini konfessiyasının liderləri sentyabrın 25-28-də Brüsseldə səfərdə olacaqlar. Bu barədə jurnalistlərə Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanın din xadimlərinin Brüsselə bu cür səfəri ilk dəfədir təşkil edilir.
Səfər zamanı dini liderlər Aİ xarici siyasət xidmətində, Avropa parlamenti, həmçinin NATO-nun mənzil-qərargahında olacaqlar.
K.Yankauskas Azərbaycanda dini tolerantlıq ənənəsinin olmasını xüsusilə qeyd edib. Öz tərəfindən Aİ bu ənənənin saxlanmasına və inkişafına öz töhfəsini vermək niyyətindədir. Bu məqsədlə oktyabrda Bakıda İmagine tolerantlıq festivalının təşkili planlaşdırılır.---06d--
-
- İqtisadiyyat
- 21 Sentyabr 2017 11:29
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz