Azərbaycanlılar özün diaqnoz qoyacaq
Barselonada keçirilən mobil sənaye sərgisi Mobile World Congress 2013 çərçivəsində Azərbaycanın Mobitel şirkəti ilə İsrailin Lifewatch şirkəti arasında tibbi sensor diaqnostika smartfonlarının gətirilməsi haqda saziş imzalanıb.
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytı (http://mincom.gov.az/media-ru/novosti/details/856) xəbər verir ki, müqaviləyə əsasən, artıq 2013-cü ilin ikinci rübündə Azərbaycanda sensorlu tibbi diaqnostika funksiyasına malik unikal smartfonların satışına başlanacaq. İndiyədək dünyada analoqu olmayan bu smartfon istifadəçiyə elektrokardioqram (ECG), qanda şəkərin, oksigenlə zənginliyin səviyyəsinin, nəbzin, temperaturun ölçülməsi kimi bir sıra tibbi prosedurları müstəqil aparmağa imkan verəcək.
Son 20 ildə tibbi avadanlığın işlənib hazırlanmasında və istehsalında ixtisaslaşan Lifewatch şirkəti dünyada ilk dəfə olaraq özünün işləyib hazırladığı tibbi sensorları mobil smartfona inteqrasiya edərək, onu əsl tibbi diaqnostika cihazına çevirib, üstəlik, smartfonu müasir tələblərə uyğun hazırlayıb. Onu təyinatı üzrə də istifadə etmək olar. Mobitel şirkətinin ilkin proqnozlarına görə, smartfon bu ilin may-iyun aylarında satışa çıxarılacaq. Sonra həmin cihazlar ABŞ, Almaniya, İspaniya, Türkiyə və bir çox digər ölkələrin bazarlarında satılacaq. --17D—
-
- İqtisadiyyat
- 1 Mart 2013 15:38
-
- İqtisadiyyat
- 1 Mart 2013 16:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz