- İqtisadiyyat
- 12 Mart 2013, 14:40
- 194
Azərbaycanlılar yeməyə az xərcləməyə başlayıb
Bu ilin iki ayında Azərbaycanda pərakəndə satış strukturunda ərzağın xüsusi çəkisi 56,1% olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% azdır. Rəsmi statistikaya görə, vətəndaşlar qeyri-ərzaq mallarına daha çox pul xərcləyir. Statistika etiraf edir ki, pərakəndə ticarətin real uçotu yoxdur.
DSK-ya görə, 2013-cü ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində 2847,5 milyon manat məbləğində və ya 2012-ci ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz çox istehlak malları satılıb. Statistika bildirir ki, qeyri-ərzaq mallarının satış həcmi 18,6 faiz, ərzaq məhsullarının satış həcmi 2,1% artıb. Hökumət əhaliyə təlqin edir ki, insanlar daha yaxşı yaşayır, ərzağa yox, başqa mallara xərcləyir. Müqayisə üçün qeyd edək ki, 1996-2010-cu illərdə pərakəndə ticarətdə ərzaq mallarının xüsusi çəkisi 70-59% idi. Dövlətstatkom 2008-2010-cu illərin dünya böhranı zamanı pərakəndə ticarətin artımını «qeydə alıb».
Rusiyada tütün və içkilər də daxil pərakəndə ticarətdə ərzaq mallarının xüsusi çəkisi 2012-ci ilin yanvarında 47,5%, qeyri-ərzaq mallarının həcmi 52,5% (2011-ci ilin yanvarında 49% və 51%) olub.
DSK-ya görə, 2013-cü ilin yanvar-fevral aylarında əhali ərzağa ayda orta hesabla 86,3 manat, qeyri-ərzaq mallarına 67,6 manat xərcləyib. --08D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz