Azercell Telecomun yeni prezidenti
Dekabrın 1-dən Vahid Mürsəliyev Azercell Telecom MMC-nin prezidenti təyin edilib. Bu ilin yanvar ayından Azercell prezidenti vəzifələrinin icraçısı kimi fəaliyyət göstərirdi. V.Mürsəliyev həm də şirkətin Hüquq və İdarə İşləri Departamentinin direktoru idi.
Yayılan məlumatda deyilir ki, Vahid Mürsəliyev Azercell Telekom MMC-də 2005-ci ildən çalışır. 10 il ərzində Vahid Mürsəliyev şirkət prezidentinin Baş Müşaviri və Hüquq və İdarə İşləri Departamentinin direktoru da daxil olmaqla, yüksək rəhbər vəzifələri icra edib.
V.Mürsəliyev 2000-2001-ci illərdə ABŞ-ın Case Western Reserve Universitetində Amerika Korporativ İdarəetmə sistemi üzrə elmi-tədqiqat işləri aparmışdır, bundan əlavə Biznesin İdarə Olunması üzrə sertifikata malikdir. O, eyni zamanda, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktoru, həmçinin, Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur.
"Vahid Mürsəliyev prezident vəzifələrinin icraçısı kimi çalışdığı dövrdə şirkətə dərin sadiqliyini nümayiş etdirmişdir. Azercell-in tarixində ilk dəfə olaraq, Azərbaycanlının prezident vəzifəsinə təyin olunması çox qürurvericidir. Yeni işində ona uğurlar arzulayıram” deyə, TeliaSonera şirkətinin Avrasiya regionu üzrə rəhbəri Emil Nilsson qeyd edir.
AzercellTelecom 1996-cı ildə yaradılıb.
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz