"Azərenerji"nin reytinqi azaldılıb
"Azərenerji" ASC-nin uzun və qısamüddətli kredit reytinqi azaldılıb. "Standard & Poor's" beynəlxalq reytinq agentliyi "Azərenerji" ASC-nin yerli və xarici valyutada uzunmüddətli kredit reytinqini "BBB-"dən "BB+"a, qısamüddətli kredit reytinqini isə "A-3"dən "B"yə endirib. Reytinq üzrə proqnoz isə "neqativ" kimi təsdiq edilib.
Hər iki reytinqə СreditWatch siyahısında yenidən baxılır.
Başqa sözlə, şirkətin reytinqi Azərbaycanın suveren reytinqi ilə əlaqələndirilib. Buna baxmayaraq, "S&P" Azərbaycan hökumətinin "Azərenerji"nin maliyyə çətinliyinə düşəcəyi təqdirdə təcili yardım edəcəyini vurğulayır. Bununla yanaşı, şirkətin müstəqil kredit ödəmə qabiliyyəti "ccc+" səviyyəsində təsdiqlənib.
İndiyədək dövlət inhisarçını maliyyələşdirib, onun borclarına təminat verib. Aktivlərinin 100%-i hökumətin sərəncamındadır. ASC bir sıra vergilərini ödəməlidir. Şirkətin SOCAR qarşısında kreditor borcu $2 mlrd-dır.
Reytinqə I rüb ərzində yenidən baxılacaq. --17D—
-
- Cəmiyyət
- 3 Fevral 2016 12:20
-
- İqtisadiyyat
- 3 Fevral 2016 12:59
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz