Azerispace-1 əfqan bazarına çıxıb
“Azərkosmos” ASC Əfqanıstanın Batur TV-nin Azərspace-1 üzərindən açıq yayımını həyata keçirəcək. Bu, Azərbaycan kosmik texnikasının ilk Asiya yayımıdır. Ondan Avropa və Şimali Afrika siqnal alır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında deyilir ki, müqavilə iyulun 5-də “Azərkosmos” ASC ilə Əfqan Payvastun Media Kommunikasiya (APMC) şirkəti arasında imzalanıb. APMC şirkəti Azərkosmosla əməkdaşlığa ilk dəfə bu il Əfqanıstanda keçirilən Prezident seçkiləri zamanı qısamüddətli tutum istifadəsi xidmətində istifadə etməklə başlayıb.
İmzalama prosesi zamanı APMC-nin Prezidenti Masud Ameri “Azərkosmos” komandasının müqaviləyə hazırlıq mərhələsində göstərdiyi həvəs və peşəkarlığı yüksək qiymətləndirib.
"Azerspace-1" 9 fevral 2013-cü ildə Fransa Qvianasındakı kosmodromdan buraxılıb. İstehsalçı Amerikanın Orbital Sciences Corporation şirkətidir.
Peyk 22 il orbitdə olacaq, 5-7 ilə xərcini çıxaracaq. "Azerspace-1"in qiyməti $233 mln-dur. Bunun $121,7 mln-u hazırlanmağa, $93,8 mln-u buraxılışa, $17,5 mln-u sığortaya xərclənib.
Hazırlanma xərclərinə peykin istehsalı, yerüstü qurğuların tikintisi və s. xərcləri daxildir.
"Azerspace-1"in istismarından $420 mln mənfəət gözlənilir. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz