"Azərqarant Sığorta"nın imkanları daralır
"Azərqarant Sığorta" bu ilin 3 rübündə 568,93 min manat mükafat yığıb. Ötən ilin eyni dövrü ilə müqayisədə azalma 2 dəfədən çoxdur (ötən il 1 mln 341,73 min manat). Bütün mükafatlar könüllü növlər üzrədir.
Bədbəxt hadisə və xəstəliklərdən sığorta üzrə 476,91 min manat yığılıb. Bu, mükafatların 83,8%-dir.
Əmlakın yanğından və başqa risklərdən sığortası üzrə 52,44 min manat, avtomobillərin КАСКО sığortası üzrə 38,9 min manat, KTS üzrə 680 manat yığılıb. "Azərqarant Sığorta"nın ödənişləri 196,02 min manatdır. Bu, ötən ilin eyni dövründəkindən 120 min manat çoxdur.
Ödənişlərin çoxu bədbəxt hadisə və xəstəliklərdən sığorta (155,37 min manat) üzrədir. Avtomobillərin КАСКО sığortası üzrə 39,6 min manat, KTS üzrə 810 manat, AVSMMİS üzrə 240 manat ödənilib. Azalama 4 ildir davam edir və bunu məmurlara məxsus şirkətlərin bir sıra strukturları sıxışdırması ilə əlaqələndirirlər.
«Azərqarant Sığorta» 1997-ci ildə yaradılıb, 2008-ci ildə 5 illik lisenziya alıb.
Şirkətin təsisçisi bir fiziki şəxsdir. Şirkət 24 növ üzrə sığorta fəaliyyəti göstərir, bundan 3-ü icbari, 21-i könüllüdür. «Azərqarant Sığorta»ın Gəncə, Quba və Zaqatalada filialı var. Nizamnamə kapitalı 5,61 mln manatdır. --17D-
-
- İqtisadiyyat
- 18 Oktyabr 2013 13:24
-
- İqtisadiyyat
- 18 Oktyabr 2013 13:27
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz