«Azərqarant»ın aktivləri «Gunay Sığorta»ya veriləcək
Ləğv edilməkdə olan «Azərqarant» sığorta şirkətinin aktivləri «Gunay Sığorta»ya veriləcək.
«Azərqarant»ın İdarə Heyətinin sədri Rəşad Məmmədovun sözlərinə görə, bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) müraciət edilib.
Bürokratik prosedurla bağlı, bu, 2017-ci ildə baş verəcək, deyə o bildirib. «Səhmdarlar noyabrda şirkətin ləğv edilməsi barədə qərar qəbul edib. КАСКО üzrə öhdəliklər sıfırlanıb», - deyə o bildirib. Ötürüləcək portfel risklərin nisbətən aşağı olduğu əmlak, səfər və fərdi qəza sığortasından ibarətdir.
«Azərqarant»ın nizamnamə kapitalı 5,61 mln manatdır. 2008-ci ildə müddətsiz lisenziya alıb. Səhmdarı bir fiziki şəxsdir. Noyabrın 1-i üçün sığorta haqları 323,19 min manat, ödənişləri 987,79 manat olub. --17D—
-
- Cəmiyyət
- 7 Dekabr 2016 14:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz