Azərbaycandan kənara xarici valyutanın köçürülməsi proseduru sərtləşdirilir
Azərbaycandan kənara xarici valyutanın köçürülməsi proseduru daha da sərtləşdirilir.
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov №45/1 saylı əmrundə (http://huquqiaktlar.gov.az/StatementDetails.aspx?statementId=36296) deyilir ki, dekabrn 8-dən
rеzidеnt və qeyri-rezident fiziki şəxs Azərbaycandan kənara bank hеsаbı аçmаdаn хаrici vаlyutа vəsаitlərini bir əməliyyаt günü ərzində 1000 АBŞ dоllаrı, ay ərzində isə 10000 АBŞ dоllаrı еkvivаlentinədək məbləğdə köçürə bilər.
Yeni qaydalara əsasən xarici valyuta ilə əməliyyatlar zamanı bu limit xaricdə yaşayan yaxın qohumlara (bütün kateqoriyalar göstərilib, hətta həyat yoldaşları və valideynlər, uşaqlardan başqa) vəsait köçürmələrinə də aiddir.
Əmrdə xarici biznes tərəfdaşları ilə etibarnamə əsasında çalışan və müqavilə çərçivəsində külli mirdarda vəsait köçurən fiziki şəxslərlə bağlı vəziyyətin necə olacağı göstərilməyib. Həmçinin bir çox digər suallara, o cümlədən xarici tibbi klinikalara köçürmələrlə bağlı suala cavab yoxdur. --17D—
-
- Cəmiyyət
- 7 Dekabr 2016 13:31
-
- İqtisadiyyat
- 7 Dekabr 2016 14:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz