«Azəryolservis»in adı dəyişdirilib
Prezident İlham Əliyev “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti haqqında fərman imzalayıb. Fərmana görə, “Azəryolservis” “Azəravtoyol” ASC adlanacaq.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərir, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirir.
ASC-nin sədri və iki müavininin təyinatı ilə prezident özü məşğul olacaq.
Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, inkişaf istiqamətlərinin müəyyən edilməsi, qurumun illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi Nazirlər Kabinetinə həvalə edilib.
Səhmdarların ümumi yığıncağının səlahiyyətlərinin bir hissəsini Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirəcək.
“Azəryolservis” ASC 2007-ci ilin fevralında “Yolnəqliyyatservis” Departamentinin bazasında yaradılıb.
Bu ildən “Azəravtoyol” dövlət büdcəsindən 25 mln. manat həcmində birbaşa maliyyələşdirmə alır.08D
-
- İqtisadiyyat
- 11 Mart 2016 11:24
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz