ABB-nin nizamnamə kapitalının Maliyyə Nazirliyinə bağlanması onun uzunmüddətli defolt reytinqini dövlətin suveren reytinqindən asılı edir
Beynəlxalq Bankın nizamnamə kapitalında Maliyyə Nazirliyinin xüsusi çəkisi 51,1-dən 80%-ə artacaq. Bu isə onun uzunmüddətli defolt reytinqini dövlətin suveren reytinqindən asılı edir.
Fitch Ratings agentliyi analitiklərinin fikrincə, fərq ondadır ki, dövlətin suveren reytinqi «ВВ+», ABB-ninki «BB»dir (hər ikisi mənfi proqnozla).
ABB-nin reytinqinin azaldılmasını ekspertlər 3 mlrd manat riskli aktivlərinin məcburi satışı ilə bağlayırlar. Amma nizamnamə kapitalının 500 mln manat artırılması ödəniş qabiliyyətinə dəstək verəcək.
Bankın reputasiyası bu amillərlə təsdiq edilir: 1,5 mlrd manat dövlət strukturları qoyub, QK bazarında üstünlüyü ilə əlaqədar sistem əhəmiyyəti yüksəkdir, dövlət sağlamlaşdırmadan sonra onun özəlləşəcəyini bildirib. 2015-ci ildə ABB-nin aktivləri ÜDM-in dörddə biri qədər olub.
Kreditlərin dollarlaşması (60%), zəif rentabellilik, yüksək təkrar maliyyələşmə riski ilə bağlı aktivlərin keyfiyyəti pisdir. Riskli kreditlər (90 və daha çox gün vaxtı keçmiş) ötən il 7% təşkil edib. Agentliyə görə, vaxtı keçmiş kreditlərin hamısı 20 iri tranş və 3 mlrd manat Rusiyada daşınmaz əmlak üzrə başa çatmamış layihələrin payına düşür.
Bundan başqa, öhdəliklərin üçdə biri korporativ müştərilərin maliyyələşməsi ilə əlaqədardır. --17D—
-
- Söz istəyirəm
- 11 Mart 2016 11:16
-
- İqtisadiyyat
- 11 Mart 2016 11:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz