Azpromo Tacikistana maraq göstərir
Tacikistan prezidentinin səfərinə (16 oktyabr) bir gün qalmış Azərbaycan-Tacikistan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının iclası keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fondunun (AZPROMO) saytında bildirilir ki, oktyabrın 15-də Düşənbə şəhərində Azərbaycan-Tacikistan Hökümətlərarası Komissiyasının iclası və Beynəlxalq İqtisadi Forum keçiriləcək.
Forum çərçivəsində Azərbaycan sahibkarları Tacikistan və digər ölkələrin işgüzar dairələri ilə əlaqələr qurmaq və özlərinə tərəfdaş tapmaq imkanı əldə edəcəklər.
Azpromo 2003-cü ildə yaradılıb. Əvvəlcə Fond investisiyanin təşviqi və məsləhətlə məşğul olub. 2005-ci ildən funksiyaları genişləndirilib. Hazırda ixracın təşviqi və genişləndirilməsi ilə məşğul olur. --17D—
-
- Dünyada
- 8 Oktyabr 2014 14:22
-
- İqtisadiyyat
- 8 Oktyabr 2014 15:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz