Qaz verilməsində məhdudiyyət müntəzəm xarakter alır
“Azəriqaz” Xəzər, Sabunçu, Binəqədi, Hacıqabul, Ağdaş, Qəbələ, Şirvan, Göyçay, İsmayıllı və Qusar rayonlarında təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 12-dən 18-dək təbii qazın verilməsində fasilələr yaranacağını bildirir.
Payız gələli qazın verilməsində fasilələr müntəzəm xarakter alır. “Azəriqaz” hər gün Bakının mərkəzi istisna qazın təzyiqini azaldır. Təzyiq o qədər azalır ki, qaz cihazları işləmir.
“Azəriqaz” əməkdaşları bunu qışa hazırlıqla izah edir. Halbuki qaz təchizatı haqqında qanunda xidməti yay və qış variantları barədə danışılmır. Qanunda aydın deyilir ki, şirkət fasiləsiz və keyfiyyətli təchizatı təmin etməlidir.
Turan son 15 ildə “Azəriqaz” sistemində maxinasiyalar və pis qaz təminatı bar4ədə dəfələrlə məsələ qaldırıb. 2009-cu ilin iyulunda dövlət başçısının fərmanı ilə “Azəriqaz” ARDNŞ-nin tərkibinə qatılıb.
Bunun müsbət tərəfi o olub ki, adambaşına qaz istehlakı 2,5 dəfə - 890 kubdan 330 kuba azalıb. Yəni Turan-ın qeyd etdiyi artırmalar azalıb. İldə 1,5-2 mlrd “pripiska” baş verirdi.
2013-cü ilin martında yenidən təşkilatlanma nəticəsində “Azəriqaz” yalnız qaz satışı ilə məşğul olur. Şirkətin 1,7 mln abunəçisi var. Hazırda daxili bazarda 9 mlrd kubmetr qaz paylanır. --12B—
-
- İqtisadiyyat
- 8 Oktyabr 2014 15:13
-
- İqtisadiyyat
- 8 Oktyabr 2014 15:23
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz