Aztəminatlılar üçün evlər
Gec də olsa, «Azərbaycan ailəsinin strategiyası» layihəsi hazırlanır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Turan-a bildiriblər ki, gənc ailələr üçün sosial mənzil tikintisi planlaşdırılır. Azərbaycanda gənc ailələr üçün kooperativ evlər kimi sosial yaşayış binaları tikilə və bu evlər onlara çox ucuz qiymətə kirayə verilə bilər. Strategiya layihəsində təklif edilir ki, gənc ailələr üçün ipoteka şərtləri yüngülləşdirilsin. Layihəyə gənc ailələrin reproduktiv sağlamlığının qorunması, ailə planlaşdırılması kimi məsələlər də daxil edilib.
Artıq strategiya layihəsinin işçi qrup səviyyəsində ilk müzakirəsi keçirilib. Sənəd daha da təkmilləşdirildikdən sonra rəy alınması üçün digər dövlət qurumlarına göndəriləcək.
Strategiya “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq hazırlanıb.
Praktikada belə layihələr dövlət strukturlarından dəstək almır. Dövlət üç il sosial ipotekaya 40 mln manat ayırsa da, onu kommersiya bankları yalnız 2007-ci ilin I yarısında verib.
Deputat Əli Məsimliyə görə, Azərbaycanda müharibədən sonrakı Almaniyadakı kimi «xalq evləri» tikmək doğru olardı. «Həmin 40 mln-a evlər tikib ayda 50-100 manata icarəyə vermək daha doğru olar», - deyə o qeyd edib. --17D—
-
- Cəmiyyət
- 3 Oktyabr 2014 14:09
-
- İqtisadiyyat
- 3 Oktyabr 2014 14:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz