Bağlanan 10 bankın əmənətçilərinə 680 mln 760 min manat ödənilib
Bağlanan 10 bankın əmənətçilərinə 680 mln 760 min manat kompensasiya alıb, deyə Əmanətlərin Sığortalanması Fondu bildirir.
Turan-ın məlumatına görə, “Bank Standard” əmanətçilərinə 394 milyon 613 min manat artıq kompensasiya ödənilib. Bu bankda qorunan əmanətlər 460 mln manatdır.
“Parabank” əmanətçilərinə 42 milyon 756 min manat, “Zaminbank” əmanətçilərinə 52 milyon 242 min manat, “Kredobank” əmanətçilərinə 26 milyon 925 min manat və “Dekabank” əmanətçilərinə isə 3 milyon 016 min manat kompensasiya verilib.
«Atrabank» əmanətçiləri 14 milyon 179 min manat, “Qafqaz İnkişaf Bankı”nın əmanətçiləri 1 milyon 880 min manat, “Bank of Azerbaijan” ASC-nin əmanətçiləri 24 milyon 117 min, “Gəncəbank” əmanətçiləri969 min manat, “Texnikabank” əmanətçiləri 120 milyon manat kompensasiya alıb. 71D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz