Bağlanan bankların əmanətçilərinə 726 mln 169 min manat kompensasiya verilib
Əmanətlərin Sığortalanması Fondu bağlanan 10 bankın əmanətçilərinə 726 mln 169 min manat kompensasiya verib.
«Parabank» ASC-nin əmanətçilərinə 43 milyon 195 min manat (98,4%), “Zaminbank” ASC-nin əmanətçilərinə 54 milyon 479 min manat (75%), “Kredobank” ASC-nin əmanətçilərinə 27 milyon 771 min manat (99,9%), “Dekabank” ASC-nin qorunan əmanətçilərinə 3 milyon 086 min manat (98,7%) kompensasiya ödənilib.
«Atrabank» ASC-nin əmanətçiləri 14 milyon 280 min manat (98,1%), “Qafqaz İnkişaf Bankı” ASC-nin əmanətçiləri 1 milyon 974 min manat (94,4%), “Bank of Azerbaijan” ASC-nin əmanətçiləri 24 milyon 161 min (97%), “Gəncəbank” ASC-nin əmanətçiləri 976 min 440 manat (94%),, “Texnikabank” ASC-nin əmanətçiləri 120 milyon 433 min manat (98,2%), “Bank Standard” KB-nin əmanətçiləri 435 milyon 814 min manat (99%) kompensasiya alıb. 71D
-
- İqtisadiyyat
- 13 Mart 2017 12:42
-
- Cəmiyyət
- 13 Mart 2017 12:52
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz