Sabah Maliyyə Nazirliyi DQİ yerləşdirəcək
Maliyyə Nazirliyi martın 14-də investorlara 25 mln manat məbləğində DQİ təklif edəcək. Onlar bir il sonra ödənilməlidir.
Keçən dəfə tədavül müddəti 364 gün, ümumi nominal qiyməti 15 mln manat olan DQİ fevralın 3-də yerləşdirilib. Dövlət kağızları orta hesabla 84,64 manata satılıb.
İki ayda Maliyyə Nazirliyi istiqraz yerləşdirilmsəindən 31 mln 986 min manat əldə edib. Bu, ötən ildəkindən 40% azdır. DQİ-nin təkrar dövriyyəsi (3 mln manat) 2016-cı ilin yanvar-fevralına nisbətən 70 mln manat azalıb.
Bu il Maliyyə Nazirliyi investorlara 700 mln manat istiqraz təklif edəcək. 08D
-
- Mədəniyyət
- 13 Mart 2017 12:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz