- İqtisadiyyat
- 5 Mart 2014, 13:02
- 576
Bakcell-lə istənilən ölkəyə bir dəqiqəsi 29 qəpik
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti beynəlxalq zənglərin qiymətində inanılmaz endirim etdi. Bundan sonra Bakcell abunəçiləri bütün istiqamətlərə beynəlxalq zənglərin 1 dəqiqəsi üçün cəmi 29 qəpik ödəyəcəklər, deyə operatorun mətbuat xidməti bildirir.
Rəqiblərdə 1 dəqiqə 32 qəpikdir.
21 fevral 2014-cü il etibarən beynəlxalq zənglər üçün müxtəlif zonalar üzrə tətbiq olunan tarifikasiya ləğv edilib və artıq istənilən ölkəyə zəngin qiyməti (“Thuraya”, “Inmarsat”, “Iridium” və s. peyk nömrələri istisna olmaqla) 0.29 AZN təşkil edir.
Bakcell şirkəti əhalinin 99%, ölkə ərazisinin 92%-i əhatə edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər. --17D—
-
- İqtisadiyyat
- 5 Mart 2014 12:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz