Bakı Fond Birjasının yeni səhmdarı olacaq
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Bakı Fond Birjası” QSc-nin nominalı 200 manat olan 300 səhminin buraxılışını qeydiyyata alıb. Səhmlər qapalı üsulla yerləşdiriləcək, demək, birjanın yeni səhmdarı var.
BFB-nin ödənilmiş nizamnamə fonduhazırda 1 200 000 manatdır. NK 5% artırılır. Görünür, səhmlər nominal yox, müqavilə qiyməti ilə yerləşdiriləcək. Birjanın mümkün yeni üzvü sırasında “Paşa Kapital”, “İnvest-AZ”, “PSG-Broker”in adı var.Amma BFB yeni səhmdarın adını açıqlamır.
2000-ci ildən fəaliyyət göstərən birjanın 18 səhmdarı var. Onların sırasında İstanbul Fond Birjası da var. Sonuncu dəfə BFB 2009-cu ilin illik hesabatını açıqlayıb. Ona əsasən, daha çox pay “Azərbaycan Sənaye Bankı”na məxsusdur – 10,52%. Birjanın 11 üzvü var. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz