Bakı-Gəncə ekspress qatarının fəaliyyəti bir aylığa dayandırılır
Bakı-Gəncə -Bakı ekspress qatarının hərəkəti bir ay müddətinə dayandırılır. Bu barədə Turan-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən bildiriblər.
Qeyd olunub ki, bir sıra səbəblərdən 608/607 saylı Bakı-Gəncə-Bakı ekspress qatarının dayandırılmasına qərar verilib. “Birinci, müştəri sayı az idi, bununla da iqtisadi səmərəlilik yox idi, digər tərəfdən isə yolda təmirlə bağlı gecikmələr olurdu. Bütün bunlar nəzərə alınaraq qərar verildi”, - mənbə bildirib.
Ölkənin iki böyük şəhəri arasında ekspress qatar bir neçə ildir ki, fəaliyyət göstərirdi. İri yaşayış məntəqələrində kiçik fasilələr etməklə 380 km. –lik məsafəni 6 saata gedirdi. Bu, həmin istiqamətdə hərəkət edən adi sərnişin qatarından iki dəfə tez idi. -05В-
-
- Cəmiyyət
- 5 Aprel 2017 10:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz