Bakı OPEK-lə neftin qiymətini müzakirə edə bilməz
Bakı OPEK-in 21 oktyabrda keçirilən iclasında iştirak etməyəcək. Tədbirdə neft hasilatının mərhələli şəkildə azaldılması yolu ilə qiymətin $70 qaldırılması müzakirə ediləcək.
Azərbaycandan başqa görüşə Braziliya, Kolumbiya, Qazaxıstan, Norveç, Meksika, Oman və Rusiya dəvət alıb. RF-in yüksəkrütbəli nümayəndələri bildirib ki, hasilatı azaltmaq fikriləri yoxdur, amma RF nümayəndə heyəti OPEK-in tədbirində iştirak edəcək.
«OPEK-in təklifini almışıq. Amma energetika naziri Natiq Əliyev tədbirdə iştirak etməyəcək», – deyə Reuters Energetika Nazirliyinin mətbuat katibi Zamin Əliyevdən sitat gətirir. Qərarın səbəbi açıqlanmır.
Amma məlumdur ki, dünyanın neft hasilatında Azərbaycanın payı 2014-cü ildə 1% olub. Bu, cüzi həcmdir, bu il bir qədər də azala bilər və qiymətə ciddi təsir edə bilməz.
Ekspertlər hesab edir ki, neftin indiki qiyməti OPEK-lə şist nefti istehsalına başlayan ABŞ arasında qiymət mübarizəsinin nəticəsidir. OPEK qiyməti endirib ki, şist neftinin hasilatı renatbelli olmasın. Ona görə OPEK hasilatı azaltmır, kartelin lideri Səudiyyə Ərəbistanı isə neft istehsalını artırır.
* Ötən həftə Astanada MDB ölkələrinin iclasında RF prezidenti Putin bildirib ki, Azərbaycan prezidenti ilə dünyada neftin qiymətini də müzakirə edib.—0--
-
- Cəmiyyət
- 19 Oktyabr 2015 17:42
-
- İqtisadiyyat
- 19 Oktyabr 2015 18:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz