Sadələşdirilmiş vergi mürəkkəbləşir
Hökumət neftin ucuzlaşması ilə bağlı xərclərin ödəilməsi üçün resurslar arayır. Payız sessiyasında parlament Nazirlər Kabinetinin ticarət və ictimai iaşədə sadələşdirilmiş vergi dərəcəsinin artırılması təklifinə baxa bilər.
Bunun üçün Vergi Məcəlləsinə dəyiiklik edilməlidir. Hazırda Bakıda bu dərəcə 4%, əyalətlərdə 2%-dir. Məcəlləyə dəyişiklik qeydiyyat yeri yox, fəaliyyətə görə differensasiya nəzərdə tutur. Məcəllənin 220-ci maddəsində dəyişikliklərə əsasən, ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün sadələşdirilmiş vergi dərəcəsini dövriyyənin 6%-i, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlar üçün isə dövriyyənin 8%-i səviyyəsində müəyyən etmək təklif olunur.
Turan ekspertlərinin fikrincə, bu, əyalət üçün ədalətsiz qərardır. Çünki orda dövriyyə dəfələrlə azdır. Bu, dövriyyə səviyyəsinin süni azaldılması ilə nəticələnəcək.
Mövcud qanunvericiliyə görə, sadələşdirilmiş vergi illik dövriyyəsi 120 min manata qədər olan vergi ödəyiciləri üçündür. Praktika göstərir ki, gündə minlərlə gəliri olan iri mağazalr belə gerçəyə uyğun olmayan rəqəmlər təqdim edir. --17D—
-
- İqtisadiyyat
- 19 Oktyabr 2015 18:53
-
- İqtisadiyyat
- 19 Oktyabr 2015 18:58
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz