Bakı-Pekin/Pekin-Bakı marşrutu üzrə reyslərin hazırlığı başa çatıb
2013-ci il avqustun 9-dan Bakı-Pekin/Pekin-Bakı marşrutu üzrə birbaşa reyslər açılacaq.
“Azərbaycan Hava Yolları” QSC (AZAL) məlumat verir ki, əvvəllər açılışı mayın 10-da nəzərdə tutulan bu reys, Çin tərəfinin aviaşirkətlər qarşısında qoyduğu yeni tələblərlə əlaqədar müvəqqəti olaraq təxirə salınmışdı. «Uçuşlar müasir və komfortlu Airbus A-340 və Boeing 767 tipli təyyarələrlə yerinə yetiriləcək” deyə sənəddə bildirilir.
Turan xəbər vermişdi ki, Bakı – Pekin, həftənin ikinci və beşinci günləri,
Bakıdan uçuş - 15.15-də, Pekinə eniş - 01.15-də (növbəti gün) olacaq.
Pekin – Bakı reysi həftənin üçüncü və altıncı günləri, Pekindən uçuş – 05.45, Bakıya eniş – 10.45-də olacaq.
Bakı-Pekin-Bakı istiqamətindəki ekonom sinifli aviabiletlərin minimal qiyməti 473 Avro təşkil edir (yığımlar və rüsumlar daxildir). Bu, əvvəlki tariflərdən ucuzdur.
“Azərbaycan Hava Yolları” QSC Çinin əməkdaş aviaşirkətləri ilə birgə, öz sərnişinlərinə Pekindən Çinin digər şəhərlərinə (Quanjou, Şanxay, Şenjen, Xanjou, Jenqjou, Ksian (Sian), Çenqdu və s.), eləcə də Şərqi və Cənub-şərqi Asiya ölkələrinin hava limanlarına uçuşlar üçün xüsusi tariflər təqdim edəcək --17D—
-
- İqtisadiyyat
- 16 İyul 2013 13:54
-
- Siyasət
- 16 İyul 2013 14:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz