Bakı-Supsa kəməri ilə 64 mln ton neft nəql edilib
1 sentyabr 2013-cü ilə kimi “Qərb” ixrac marşrutu ilə (Bakı-Supsa neft kəməri) Azərbaycan dünya bazarlarına 64 mln ton (474 mln barrel) neft nəql edib. Bu barədə Turan müxbirinə ARDNŞ-də bildiriblər.
2012-ci ilin yekunu üçün Bakı-Supsa kəməri ilə 27 mln barrel (4 mln ton) neft nəql olunub.
Bakı-Supsa kəməri 1999-cu ilin aprelində istismara verilib. Onunla “Çıraq” yatağından çıxarılan neft nəql edilir.
Boru kəməri tikiləndə gücü sutkada 100 min barrel idi. Sonradan kəmər modernləşdirilib və buraxılış qabiliyyəti sutkada 145 min barrelə çatıb. Ötən onilliyin ortalarında kəmər Gürcüstan ərazisindəki problemlə bağlı 2 il işləməyib.
Hazırda ВР-nin məlumatına görə (kəmərin operatoru – red.), sutkada maksimum 106 min barrel neft nəqıi mümkünüdür. –12В--
-
- Analitika
- 1 Oktyabr 2013 11:49
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz