Bakı və hava limanı arasında elektrik qatarı işləyəcək
Bakı və Binədə beynəlxalq hava limanı (25 km.) arasında elektrik qatarı işləyəcək.
Ötən gün İsveçrənin Stadler Rail Group şirkətinin istehsal etdiyi yeni ikimərtəbəli “KISS” markalı elektrik qatarlarının təqdimatı zamanı bu layihə dövlət başçısı İlham Əliyevə təqdim edilib.
Avropa Oyunları zamanı bu qatarlar Bakı dəmir yolu vağzalı və “Koroğlu” metro stansiyası arasında hərəkət edəcək.
Hər qatar 919 sərnişinlik 4 vaqondan ibarətdir.
Gələcəkdə qatarlar Bakı-Sumqayıt-Bakı dairəvi yolla (91 km.) hərəkət edəcək.
Hazırda bu yol yenidən qurulur və iki hissəyə ayrılacaq: Bakı-Biləcəri-Sumqayıt(42 km.) və Bakı-Zabrat-Sumqayıt (49 km.). 55 km.-lik sahədə yenidənqurulma işləri artıq başa çatdırılıb.
Bu yolda 10 qatarın hərəkəti planlaşdırılır. Dayanacaqları nəzərə alsaq qatarların orta sürəti saatda 63 km. olacaq. Bakıdan Sumqayıta 40 dəqiqəyə gedəcək.
Üç dayanacaq olacaq: Keşlə, Biləcəri, Xırdalan.
Əvvəllər qatarlar bu yolu 1 saat 22 dəqiqəyə gedirdilər.
Bakı-Zabrat-Sumqayıt xəttilə qatar hazırda 1 saat 29 dəqiqəyə gedir. 5 dayanacaq olacaq: Koroğlu, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı.
Gün ərzində bu dəmir yolu ilə 10 qatarda 30-35 min sərnişinin daşınması nəzərdə tutulur.–06D-
-
- Bazarların icmalı
- 4 İyun 2015 13:02
-
- Cəmiyyət
- 4 İyun 2015 14:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz