Bakıda 15-ci Beynəlxalq «Nəqliyyat, Tranzit və Logistika" sərgisi açılıb
Bu gün, mayın 11-də Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Xəzər Beynəlxalq "Nəqliyyat, Tranzit və Logistika" sərgisi (TransCaspian 2016) sərgisi açılıb. 15 il ərzində TransCaspian sərgisində təxminən 700 şirkət iştirak edib.
Bu il sərgidə 75 şirkət iştirak edir. Bunun 40-ı xarici ölkələri təmsil edir, deyə açılışda nəqliyyat naziri Ziya Məmmədov bildirib.
İştirakçılar sırasında Fransanın Alstom şirkəti də var. O, şəhər ictimai nəqliyyatının bir neçə modelini təqdim edir. Bunlarına arasında Citadis tramvay vaqonları, Attactis tranvay sistemi, Metropolis metro vaqonları var. 2015-ci ildə Bakı metrosunda hər biri 5 vaqondan ibarət 3 Alstom qatarı istismara verilib.
Bu il sərgidə sərgidə nəqliyyat sənayesinin nailiyyətləri, eləcə də hərəkət heyəti və dəmiryol infrastrukturu, dənizçilik sənayesi, aviasiya, kommersiya nəqliyyatı və nəqliyyat-loqistika xidmətləri kimi sektorları üzrə yerli və xarici şirkətlərin ən yaxşı texnologiya və avadanlıqları təqdim olunur.
TransCaspianla eyni meydançada 6-cı Xəzər beynəlxalq "Yol infrastrukturu və İctimai nəqliyyat" (Road & Traffic) və 3-cü Xəzər beynəlxalq "Kater və Yaxtalar" (CIBS 2016) sərgiləri keçirilir.
TransСaspian 2016 sərgisinin təşkilatçıları Iteca Caspian şirkəti və onun tərəfdaşı ITE Group-dur. 08D
-
- Analitika
- 11 May 2016 14:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz