Niderlandın iqtisadiyyat naziri Azərbaycanla ticarət dövriyyəsinin prioritet olduğunu bildirib
Onun fikrincə, Niderland hökuməti Azərbaycanla perspektivli olan alternativ energetika, aqrar sektor və ekologiya sahələrində əməkdaşlıq etməlidir.
Bu mövzular bu gün Azərbaycan prezidenti İlham Əliyevin bu ölkənin iqtisadiyyat naziri Henk Kampın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş zamanı müzakirə edilib.
Dövlət başçısı qonaqları xarici investorların effektiv işləməsi üçün bütün şəraitin yaradıldığına əmin edib.
Holland məmurlarının Azəbaycan paytaxtına səfərinin növbəti mərhələsi AR Nazirlər Kabinetinin iqtisadi blokuna rəhbərlik edən nazirlərlə işgüzar, daha konkret görüşlərdir.
Xatırladaq ki, 2015-ci ilin yekunlarına görə, iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi təxminən 120 mln dollar təşkil edib, bu zaman Niderland ən iri investorların ilk beşliyində olub.
Bundan əlavə, ötən il Maastrixtdə 50 Azərbaycan və 90 holland şirkətinin iştirakı ilə biznes forum baş tutub. İqtisadiyyat nazirinin Bakıya səfərindən sonra mayın 17-dən 21-ə qədər Azərbaycana Niderlanddan böyük ticarət nümayəndə heyəti gələcək. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz