Bakıda 224 mağaza bağlanıb
2012-ci ildə Bakıda ərzaq və qeyri-ərzaq malların pərakəndə satışı ilə məşğul olan 224 mağaza bağlanıb. Ticarətçilər deyir ki, supermarketlər şəbəkəsinin genişlənməsi və kiçik biznesə «vergi təzyiqinin» nəticəsidir.
Dövlətstatkomda Turan-a bildiriblər ki, ilin əvvəli üçün Bakıda 20 095 mağaza olub. Bu, 2011-ci ildəkindən 1,2% azdır. Amma ticarət obyektlərinin ümumi sahəsi 1 651 min kv metrdən 1 710 min kv m-ə artıb (+3,5%). Beş il əvvəl Bakıda 1 554 min kv m sahəsi olan 17 624 mağaza olub. Bundan başqa, 5 ildə paytaxtda köşk sayı 1 297-dən 1 346-ya artıb (+3,7%).
2012-ci ildə Azərbaycanda ümumi sahəsi 2 959 min kv m olan 59,6 min mağaza olub. İl ərzində onların sayı 3,1% artıb. Beş ildə mağaza sayı 22,7% artıb. Ticarət obyektlərin sayı da o qədər artıb. 08B
-
- İqtisadiyyat
- 5 Dekabr 2013 15:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz