- İqtisadiyyat
- 20 Oktyabr 2015, 13:44
- 145
Bakıda Almaniya-Azərbaycan biznes forumu keçiriləcək
22 oktyabr 2015-ci il tarixində Boulevard Hoteldə Almaniya - Azərbaycan İqtisadi forumu keçiriləcək.
Forum Reynland Pfalts vilayətinin İqtisadiyyat, İqlim mühafizəsi, Enerji və Regional planlaşdırma nazirliyinin rəhbərliyi ilə həmin vilayətdə yerləşən müəssisələrin Azərbaycana səfəri ilə əlaqədar olaraq təşkil edilir.
Rəsmi açılış mərasimindən sonra Almaniya və Azərbaycan müəssisələri arasında əczaçılıq, maşınqayırma, daşınma xidməti, elektrik məhsullarının topdansatışı və yeyinti sənayesini təmsil edən şirkətlərlə ikitərəfli görüşlər baş tutacaq.
Təşkilatçılar işgüzar adamları bu görüşlərdən yeni biznes imkanları əldə etməyə, yeni layihələri tanımaq, şəbəkəni güclü əməkdaşlıq və lazımlı tərəfdaşlar ilə genişləndirmək üçün istifadə etməyə çağırır.
Tədbirdə iştirak pulsuzdur. Konfrans almanca keçiriləcək, azərbaycancaya tərcümə ediləcək.
Reynland Pfalts vilayəti Almaniyanın qərbində yerləşir. Əhalisi 4 mln nəfərdir. Aİ-nin qabaqcıl texnologiyalar üzrə ən çox işçi oaln aparıcı regionları beşliyinə daxildir (100 000 əhaliyə 62 patent – ölkədə 4-cü yer). İxracatda payı 45 %-dir. Kimya sənayesi, avtomobil və maşınqayırma, aqrar sektor, tikinti materialları istehsalı inkişaf edib. İqtisadi aktiv əhalinin 43%-i sənayedə məşğuldur.—0—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz