Bakıda avtomobil nəqliyyatı vasitələrinin sayı 1,2% azalıb
2000-ci ildən bəri Bakıda avtomobil nəqliyyatı vasitələrinin sayı azalmağa başlayıb. 2015-ci ildə ölkədə avtomobil nəqliyyatı vasitələrinin sayı 2,4% artsa da, Bakıda 2014-cü ilə nisbətən 1,8% azalıb, deyə Dövlətstatkomda Turan-a bildiriblər.
1 yanvar 2015-ci il üçün Bakıda 728,7 min avtomobil qeydiyyata alınıb.
Bakıda hər 100 ailəyə 52 özəl minik avtomobili düşüb. 2014-cü ildə bu göstərici 114, 2013-cü ildə 118 olub. Bakıda cəmi 586,1 min özəl minik avtomobili var. Bu, 2014-cü ilə nisbətən 14 min ədəd azdır.
Bakıda minik avtomobillərinin sayı dövlət və özəl strukturlarının avtoparkları nəzərə alınmaqla bu ilin əvvəli üçün 634,1 min ədəd olub.
Maraqlıdır ki, Bakıda təkcə avtomobilləri yox, yük avtomobilləri də azalır. Əgər 2014-cü ildə yük avtomobillərinin sayı 64 min olubsa, 2015-ci ildə bu göstərici 62,3 min ədədə azalıb.
2013-cü ildən bakıda sərnişin avtobuslarının sayı azalır. Təkcə ötən il 234 avtobus silinib. Son 4 ildə dövlət, eləcə də özəl şirkətlər yüzlərlə iritutumlu avtobus alıb. Onlar kiçik avtobusları əvəz edib.
Ekspertlərə görə, Bakıda avtomobillərinin sayının azalmasını iqtisadi böhranla bağlı vətəndaşların regionlara axını ilə əlaqələndirmək olar. 08D
-
- Cəmiyyət
- 18 Avqust 2016 10:12
-
- İqtisadiyyat
- 18 Avqust 2016 10:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz