Bakıda Azərbaycan-Qazaxıstan Biznes Forumu keçiriləcək
Bu gün Bakıda Biznes Mərkəzində Qazaxıstanın Manqistau vilayətinin sahibkarlarının iştirakı ilə Azərbaycan-Qazaxıstan Biznes Forumu keçiriləcək.
AZPROMO-da Turan-a bildiriblər ki, Aktau şəhər akimi cənab Edil Janbırişin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə şəhərsalma, tikinti, abadlıq və yaşıllaşdırma işləri, su təchizatı və tullantı sularının idarə edilməsi, zibil və bərk tullantıların emalı, ərzaq təhlükəsizliyi, alternativ enerji və digər sektorları təmsil edən biznesmenlər daxildir.
2012-ci ildə Azərbaycanla Qazaxıstan arasında əmtəə dövriyyəsi $393,3 mln olub. Bu, 2011-ci ildəkindən $118 mln və ya 43% çoxdur. Xarici ticari əlaqələrdə saldo Qazaxıstanın xeyrinədir - $287,7 mln. 2012-ci ildə Qazaxıstana ixracat 9% azalıb, Azərbaycanа qazax ixracatı 56,7% artıb.
2012-ci ildə Azərbaycan $265 mln qiymətində 1,1 mln ton buğda idxal edib. Ölkəyə həmçinin qara metal, kimya məhsulları və s. gətirilib. Azərbaycanın ixracatına meyvə və tərəvəz, şəkər tozu, neft məhsulları və s. daxildir. 08D
-
- Siyasət
- 17 Aprel 2013 16:44
-
- Söz istəyirəm
- 17 Aprel 2013 17:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz