Bakıda Azərbaycan-Sloveniya biznes forumu keçiriləcək
Sloveniya hökuməti nümayəndə heyətinin səfəri çərçivəsində oktyabrın 22-də Bakı Biznes Mərkəzində iki ölkədən olan iş adamlarının iştirakı ilə biznes forum keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Turana bildiriblər ki, forumun işinə Sloveniyadan olan 50-dən artıq şirkətin nümayəndəsi qoşulacaq. Bu şirkətlər biznesin müxtəlif sahələrini (turizm, bank işi, energetika, İKT, tikinti, danışmaz əmlak, müdafiə sənayesi, təhlükəsizlik, konsaltinq, təhsil və s.) təmsil edir.
Qeyd edək ki, sloveniyalı iş adamlarının iştirakı ilə Bakıda əvvəlki forum 2012-ci ilin sentyabr ayında bu ölkənin baş naziri Yaneza Yanşının səfəri çərçivəsində keçirilib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yeddi ayı ərzində Sloveniyadan mal ixracı 7,8 mln dollardan artıq təşkil edib, bu da 2012-ci ilin analoji dövründən 2,2 dəfə çoxdur. Əks istiqamətdə mal ixracı ötən il olduğu kimi əhəmiyyətli olmayıb. 08D
-
- İqtisadiyyat
- 18 Oktyabr 2013 13:42
-
- İqtisadiyyat
- 18 Oktyabr 2013 13:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz