Bakıda ICAO-nun uçuşların təhlükəsizliyi üzrə Avropa regional ekspert qrupunun müşavirəsi keçirilir
Bakı/06.10.17/Turan: Bu gün, oktyabrın 6-da Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) uçuşların təhlükəsizliyi üzrə Avropa regional ekspert qrupunun beşgünlük müşavirəsi başa çatır.
Sayca doqquzuncu konfransda 15 ölkədən, eyni zamanda beş beynəlxalq və regional təşkilatdan (ICAO, IAC, EASA, IATA, EUROCONTROL) təxminən 65 mütəxəssis, həmçinin iri aviasiya istehsalçıları - "Boeing" və "Airbus"un nümayəndələri iştirak edir.
Müşavirənin işi çərçivəsində ilk iki gündə taksonomiyavə uçuşların təhlükəsizliyi üzrəpraktiki seminarlar keçirilib.
Azərbaycanın aviasiya hakimiyyətinin, ICAO, IATA, IAC, EUROCONTROL-un nümayəndələri və digər rəsmi şəxslər məruzələr ilə çıxış ediblər.
Konfransınilk günlərinin yekunlarına əsasən qrupun işinin nəticələri bəyənilmiş və regional səviyyədə uçuşların təhlükəsizliyi sahəsində təşəbbüslərin reallaşdırılması istiqamətində növbəti addımlar planlaşdırılıb.
IE-REST qrupu 2013-cü ildə ICAO-nun Avropa və Şimali Atlantika Bürosunun təşəbbüsü ilə yaradılıb. Qrupun əsas məqsədi uçuşların təhlükəsizliyi səviyyəsinin artırılması üzrə təşəbbüs və tədbirlərin hazırlanması və dəstəklənməsidir. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz