Ədliyyə Nazirliyi vergi ödəyicilərinin satışa çıxarılan əmlakının elektron bazasını yaradacaq
Bakı/06.10.17/Turan: Ədliyyə Nazirliyinin səlahiyyətləri genişləndirilib. Bu quruma vergi ödəyicilərinin siyahıya alınmış əmlakının satışı ilə bağlı bir sıra səlahiyyətlər verilib. Nazirlik haqqında Əsasnaməyə müvafiq düzəlişlər barədə fərmanı prezident İlham Əliyev oktyabrın 5-də imzalayıb.
Sənədə əsasən, Ədliyyə Nazirliyi vergi ödəyicisinin siyahıya alınmış əmlakının elektron hərracda və ya satışı elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində satışı ilə bağlı zəruri məlumatları ictimaiyyətə çatdıracaq. Qurum satışa çıxarılan əmlakının elektron bazasını yaratmalıdır.
Ədliyyə Nazirliyi rübdə bir dəfə vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışından əldə olunan vəsait, eləcə də satılması üçün icra məmurlarının sifarişləri barədə rüblük məlumatı Vergilər Nazirliyinə təqdim etməlidir.
Hazırda vergi ödəyicisinin siyahıya alınmış əmlakı vergi borcunun icbari ödənilməsi üçün açıq hərraclarda satılır. Bu barədə informasiya Vergilər Nazirliyinin mətbu orqanında dərc edilir. 08D
-
- İqtisadiyyat
- 6 Oktyabr 2017 12:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz