Bakıda islam maliyyəsi üzrə beynəlxalq konfrans keçiriləcək
Fevralın 19-da Bakıda “İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər” mövzusunda beynəlxalq konfrans keçirəcək.
Maliyyəçilər, iqtisadçılar, elm xadimləri və ilahiyyatçılar sahibkarlığın şəriət prinsipləri ilə maliyyələşməsindən danışacaqlar.
Konfransı Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) təşkil edib.
Konfransda islam maliyyə sistemində bankçılıq, sığorta, lizinq və digər alətlər, fyuçers əməliyyatlarında şəriət prinsiplərinin tətbiqi və s. müzakirə ediləcək, qeyri-müsəlman əhalinin üstünlük təşkil etidyi ölkələrdə, o cümlədən Rusiya və Gürcüstanda islam bankçılığının inkişaf perspektivləri barədə məruzə dinləniləcək.
«Azərbaycan Beynəlxalq Bankı» islam bankçılığı məhsullarını aktiv tətbiq edir. 2014-cü ildə ABB-nin islam aktivləri $526 mln olub. Maliyyə mənbəyinin bir hissəsi ($252 mln) dünya banklarından cəlb edilib. Bu il bank bir neçə yüz milyon dollar məbləğində islam istiqrazı buraxıb yerləşdirmək istəyir. 08D
-
- Siyasət
- 14 Fevral 2015 16:07
-
- İqtisadiyyat
- 15 Fevral 2015 15:08
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz