Bakıda mikrokreditləşmə investorlarının yarmarkası keçirilir
Fevral devalvasiyasından sonra problem yaradan innovativ bank məhsullarının tətbiqinin məqsədəuyğunluğu məsələsi aktuallaşıb.
“Məsuliyyətli Mikromaliyyəyə aparan yol” mövzusunda 4-cü İnvestorlar Yarmarkasında Azərbaycan Mikormaliyyə Assosiasiyasının sədri Süleyman Kələşov bildirib ki, bu kreditləşmə növü kiçik sahibkarlığın inkişafına və aztəminatlı təbəqələrə kömək edir. Maliyyə sektorunun təmsilçiləri əhalinin kredit yükünün azaldılması üçün tədbirlər görməlidir.
Bu ilin I yarısında mikromaliyyə təşkilatlarının kredit portfeli 1 mlrd idisə, indi 620 mln manatdır.
AMFA təşkil etdiyi yarmarkada bazar tədqiqatlarının nəticələri, innovativ bank məhsullarının tətbiqi və s müzakirə edilir. Tədbirdə mikromaliyyə, ixtisaslaşmış maliyyə ekspert və şirkətləri, beynəlxalq investorlar və texniki xidmət təminatçılarının şirkətləri, bank olmayan kredit təşkilatları və banklar, lizinq təşkilatları, ekspertlər iştirak edir. --17D—
-
- Cəmiyyət
- 9 Oktyabr 2015 13:10
-
- İqtisadiyyat
- 9 Oktyabr 2015 14:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz