Bakıda nəhəng modul elektrik stansiyası niyə tikilir?
Elektrik stansiyaları tikintisi üzrə dünyada aparıcı tədarükçülərdən olan Wаrtsilа fin korporasiyası öz saytında yazır ki, "Azərenerji" ASC ilə Azərbaycanda modul elektrik stansiyası tikintisi üzrə saziş imzalayıb.
Şirkət məlumat verir ki, buna qədər o, Azərbaycanda modul tipli 7 elektrik stansiyası istismara verib. Onların ümumi gücü 860 MVt, ən irisi gücü 300 MVT olan Səngəçal elektrik stansiyasıdır.
İndi planlaşdırılan modul elektrik stansiyası ən güclüdür - 50SG markalı 21 generator 384 MVt verəcək və təbii qazla işləyəcək.
Elektrik stansiyasının tikintisinə bu ilin II yarısında Böyük Şor gölü zonasında başlanılacaq və iş 2013-cü ilin payızında başa çatacaq.
Ehtimal ki, Azərbaycan hökuməti bu elektrik stansiyasını yaxın 3-5 ildə Böyük Şor gölü zonasında tikiləcək iri idman qurğularının fasiləsiz elektrik təminatı üçün nəzərdə tutur. Bunlar 65 minlik olimpiya stadionu, beynəlxalq yarışlar üçün 4 idman kompleksi və s-dir.
* Wаrtsilа bu məlumatı 17 iyul 2012-ci ildə yayıb. İndiyədək nə Azərbaycan hökuməti, nə "Azərenerji" bu barədə məlumat verməyib. --12B—
-
- Foto sessiyalar
- 20 İyul 2012 16:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz