Bakıda növbəti Startup Weekend
21-23 noyabrda Bakıda növbəti Startup Weekend keçiriləcək. Tədbir çərçivəsində innovativ texnologiyalara əsaslanaraq sahibkarlar, startap entuziastları, marketerler, dizaynerlər və proqramçılar “komanda”larda bir araya gələrək startaplar quracaq və münsiflər heyəti qarşısında təqdimat edəcək.
Tədbirin məqsədi bu yarışmada iştirak edən hər bir komandanı üç gün ərzində startapı tam formalaşdıraraq işlək halda təqdim etməkdir. Prosesin effektivliyini təmin etmək üçün iştirakçılar “mentor” statuslu peşəkarlar tərəfindən konsultasiya ala biləcəklər.
“Startup Weekend” tədbiri müstəqil mütəxəssislər və “Startup Weekend” qlobal forumu tərəfindən təşkil edilib. Budəfəki tədbirə ABŞ, Rusiya, İordaniya, Türkiyə olmaq şərti ilə bir neçə ölkədən qonaqların gəlməsi nəzərdə tutulub.
Tədbiri Samsung, DSC, Unibank və ATL şirkətləri dəstəkləyir. Yüksək Texnologiyalar Parkı, ADA universiteti, Khazar Ventures, Galaxy mağazaları tədbirin təşkilati partnyorlarıdır.
Startup Weekend 2007-ci ildən başlayaraq, 107-dən çox ölkədə keçirilmiş və bu foruma ümumi olaraq 100.000-dən artıq sahibkar cəlb edilmişdir. Tədbirlər nəticəsində dünyanın müxtəlif ölkələrində 1000-dən artıq şirkət yaranıb müvəffəqiyyətlə fəaliyyət göstərir.
İştirak etmək üçün burada qeydiyyatdan keçə bilərsiniz: https://www.eventbrite.com/e/baku-startup-weekend-november-2014-registration-13496158373?aff=UP%20Community%20Sites
-
- Cəmiyyət
- 4 Noyabr 2014 14:03
-
- Söz istəyirəm
- 4 Noyabr 2014 15:13
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz