«Bakıelektrikşəbəkə» qanunu saymır?
Fevralın 21-də saat 12-dən «Bakıelektrikşəbəkə» ASC-nin borcu olan bütün abunəçilərinin elektriki kəsiləcək. www.bes.az saytındakı elanda deyilir ki, güclü soyuq olduğu üçün yanvarda istisna edildi, indi borcunu ödəməyənlər cəzalandırılacaq.
«Bakıelektrikşəbəkə» ASC 2008-2010-cu illərdə volyuntarizm göstərərək kütləvi şəkildə elektriki kəsirdi. İnanırıq ki, indiki qərar yanvardakı borcunu ödəyib fevral bildirişini alanlara şamil edilməyəcək.
Xatırladaq ki, Nazirlər Kabinetinin 6 yanvar 2010-cu il tarixli «Elektrik enerjisindən istifadə qaydaları»na müəyyən düzəliş edilib. Belə ki, 14-cü bənddə qeyd olunur ki, istehlakçı xidmət haqqını bildiriş alandan sonra 1 aya ödəməlidir. Əvvəlki redaksiyada bu müddət 5 bank günü idi. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz