Bakılıların bank əmanətləri 92,5%-dir
Paytaxt sakinləri daha varlıdır – yanvarın 1-i üçün onların əmanətləri 6 mlrd 647 mln 773,8 min manat olub. Bu, əhalinin əmanətlərinin 92,48%-dir (il ərzində +11,8%).
Mərkəzi Bankdan (AMB) verilən məlumata görə, illik orta faiz dərəcəsi 8% olub.
Bakılılar əmanətlərin 60,4%-i manatla - 4 mlrd 15 mln 189,7 min, 2 mlrd 632 mln 584,1 min manatı xarici valyuta ilə saxlayır. Bakıda xarici valyuta əmanətləri 8,6%-lə, manat əmanətləri illik 7,6%-lə qəbul edilib.
Rayon sakinlərinin əmanətləri 540 mln 595,9 min manat (+13,7%) olub. Bu, onunla bağlıdır ki, varlı rayon əhlinin Bakıda biznesi var.
Abşeron iqtisadi rayonunun sakinləri (32%) banklarda 173 mln 95,9 min manat əmanətə malikdir, Dərəcə 8,5%-dir. Qalan göstəricilər belədir: Gəncə-Qazax 64 mln 181,5 min manat (6,1%-lə), Aran iqtisadi rayonu 164 mln 159 min manat (dərəcə 7,6%). --17D—
-
- İqtisadiyyat
- 6 Fevral 2015 14:55
-
- Cəmiyyət
- 6 Fevral 2015 15:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz