Yanvarda törəmə QK-lar BFB-də əsas ticarət aləti olub
Bakı Fond Birjası yanvardan qiymətli kağızların dövriyyəsinin hesabatlılığına yenidən baxıb, oraya törəmə maliyyə alətləri bazrının birja əməliyyatlarını əlavə edib.
BFB-nin hesabatına əsasən, QK-ların birja dövriyyəsi yanvarda 1 mlrd 933,5 mln manat olub. Ötən ilin yanvarında BFB bu maliyyə alətləri ilə ticarət etmirdi (onların ticarəti 2014-cü ilin avqustundan başlayıb). O vaxt QK dövriyyəsi 1 mlrd 483,1 mln manat olub. Qeyd edək ki, yanvarda FOREX və BFB-nın valyuta və əmtəə dövriyyəsi 1 mlrd 575 mln manata çatıb. Ötən ay Maliyyə Nazirliyi və Mərkəzi Bank ilkin dövlət QK bazarında iştirak etməyiblər. Korporativ bazarda BFB vasitəsilə səhmlərin yerləşdirilməsi 18,6 mln manat təşkil edib. İpoteka Fondu 3%-lə 3 mln manat istiqraz yerləşdirib. Təkrar bazar həcmi isə 252 mln manat olub. Korporativ istiqraz bazarından 40 mln manat digər emitentlərin payına düşüb. “Unibank” yanvarda istiqrazlar vasitəsilə 10 mln manat (illik 9,75%) cəlb edib. 08B
-
- İqtisadiyyat
- 6 Fevral 2015 14:33
-
- İqtisadiyyat
- 6 Fevral 2015 15:02
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz