Ev təsərrüfatları liderdir
2015-ci il yanvarın 1-i üçün banklar və bank olmayan kredit təşkilatları tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 18 mlrd 542,6 mln manat təşkil edib (il ərzində +20,2%).
Mərkəzi Bankdan (AMB) verilən məlumata görə, vaxtı keçmiş kredit qoyuluşlarının həcmi 976,3 mln manatdır (artım 23,1%). Dövlətin paya malik olduğu banklar tərəfindən 6 mlrd 143,8 mln manat (artım 15,9%) və ya bütün kreditlərin 33,1%-i, özəl banklar tərəfindən 11 mlrd 873,6 mln. manat (artım 22,5%) və ya bütün kreditlərin 64%-i verilib. Qalan 2,9% bank olmayan kredit təşkilatlarının payına düşür.
Milli valyuta ilə kreditlər 13 mlrd 505,6 mln manat (+22%), xarici valyuta ilə kreditlər 5 mlrd 37 mln manat (+15,9%) olub.
Kreditlərin 7 mlrd 731,8 mln manatı ev təsərrüfatlarının (44%), 2 mlrd 680,7 mln manat (14,5%) ticarət və xidmət sahələrinin, 2 mlrd 555,1 mln manat (13,8%) tikinti və daşınmaz əmlak sahələrinin, 2 mlrd 27,8 mln manat (10,9%) sənaye və istehsal sektorunun payına düşüb. Energetika, kimya və təbii ehtiyatlar sektoruna 195,8 mln manat (1,1%), kənd təsərrüfatı və emal sahələrinə 847,3 mln manat (4,6%), nəqliyyat və rabitəyə 736 mln manat ayrılıb (4%).--17D—
-
- Dünyada
- 6 Fevral 2015 14:30
-
- İqtisadiyyat
- 6 Fevral 2015 14:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz