Bakutel sərgisində İsrailin milli pavilyonu olacaq
İsrail Azərbaycanın informasiya və kommunikasiya texnologiyalarına investisiya qoymağa hazırdır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytında deyilir ki, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüşündə söhbət açılıb.
Məsləhətləşmələr məhsuldar olub. İKT və yüksək texnologiyalar sahəsində Azərbaycan ilə İsrail arasında münasibətlərin daha da gücləndirilməsinə əminlik ifadə edilib.
Səfir "BakuTel-2015"-də də İsrail şirkətlərinin "İsrail Milli Pavilyonu" adı altında təmsil olunması, eyni zamanda sərgi çərçivəsində keçiriləcək "Azərbaycan- İsrail Yüksək Texnologiyalar Forumu"nun uğurlu təşkili üçün lazımi dəstəyin göstərilməsində səylərini artıracağını deyib. --17D—
-
- İqtisadiyyat
- 2 Oktyabr 2015 13:04
-
- Cəmiyyət
- 2 Oktyabr 2015 13:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz