Gilan italyanlarla birlikdə Qəbələdə müalicə-sağlamlıq hoteli açır
Azərbaycanda “Chenot Azerbaijan” şirkəti qeydiyyatdan keçib. Şirkətin ofisi Gilan Holding Capital Tower Biznes Mərkəzində yerləşir.
Bu ilin aprelində Bakıda Chenot Group (İtaliya) bildirib ki, 2016-cı ilin yazında Qəbələ rayonunda Gabala Lake Palace Chenot müasir müalicə-saglamlıq hoteli açacaq (http://goo.gl/M1GC8a).
Yeni hotel meşədə gölün sahilində yerləşəcək və 72 nəfər üçün nəzərdə tutulub. Oteldə onun təsisçisi Anri Şenonun metodu üzrə müalicə prosedurları həyata keçiriləcək. Burada cavanlaşdırma üzrə son texnologiyalar tətbiq ediləcək, yüksək ixtisaslı həkimlər çalışacaq.
Dəbdəbəli kompleks 26 ha ərazidə yerləşəcək. Burada restoran, çayxana, oyun zalları, uşaq klubu və s. yerləşəcək.
Qeyd edək ki, son 10 ildə Qəbələdə 10-a yaxın hotel tikilib ki, bunun da əksəriyyəti Gilan Holding şirkətlər qrupuna aiddir.
Chenot Group-un Azərbaycandakı tərəfdaşı da bu holdinqdir.08B
-
- İqtisadiyyat
- 2 Oktyabr 2015 13:13
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz